...

OPEK 2008 - ci ildə dünyanın neftə olan tələbat artımını azaldıb

Energetika Materials 22 Sentyabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Dünya üzrə neftə tələbat 2008 - ci ildə 0,9 mln. barel artaraq sutkada 86,8 mln. barelə çatacaq. Bu barədə OPEK - in rəsmi saytında yerləşdirilən neft bazarı üzrə sentyabr məruzəsində bildirilir.

Bu göstərici OPEK - in ötən ay proqnozlaşdırdığı həcmdən sutkada 0,18 mln. barel aşağıdır. Kartel proqnozların əsas azaldılma səbəbini kimi Şimali Amerikada neftə təlabatın kəskin düşməsini göstərib. OPEK - in proqnozlarına görə, 2008 - ci ildə bu qitədə neftə tələbat sutkada 25,02 mln. barel təşkil edəcək.

Üçüncü rübdə dünyanın neftə tələbatı sutkada 86,44 mln. barel, dördüncü rübdə isə 88,46 mln. barel təşkil edəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində bu il neftə tələbat sutkada 48,65 mln. barel təşkil edəcək ki, bu da 2007 - ci ilin tələbatından sutkada 0,54 mln. barel aşağıdır. Keçmiş Sovet ölkələrində 2008 - ci ildə neftə tələbat sutkada 4,1 mln. barel təşkil edəcək.

OPEK - in proqnozlarına görə, 2009 - cu ildə neftə dünya tələbatı, 0,9 mln. barel artım ilə, sutkada 87,7 mln. barel təşkil edəcək.

İƏİT - ə daxil omayan ölkələrdə 2009 - cu ildə neftə tələbat artımı sutkada 1,2 mln. barelə bərabər olacaq. Təşkilat ölkələrində neftə tələbat, gələn il sutkada 0,29 mln. barel azalaraq, 48,36 mln. barel təşkil edəcək. Gələn il keçmiş Sovet ölkələrində tələbat sutkada 4,17 mln. barel olacaq.

OPEK 2008 - ci ildə kartelə daxil olmayan ölkələrin neft ixracı üzrə proqnozlarını da sutkada 70 min barel azaldıb. Yeni proqnozlara əsasən, cari ildə bu ölkələrdə neft ixracı həcmi sutkada 510 min barel artım ilə yanaşı, 49,94 mln. barel təşkil edəcək. Məruzədə bildirilir ki, proqnozların azaldılmasına, əsasən, qasırğa nəticəsində Meksika körfəzindən tədarükün pozulması və Bakı-Tbilisi - Ceyhan boru kəmərində baş verən partlayış səbəb olub.

Bu il İƏİT ölkələrinin neft tədarükü sutkada 19,93 mln. barel təşkil edəcək ki, bu da 2007 - ci ilə nisbətdə sutkada 0,2 mln. barel aşağıdır. Keçmiş Sovet İttifaqı ölkələri üzrə tədarük həcmi sutkada 12,78 mln. barel təşkil edəcək ki, bu da ötən ilin ixrac həcmindən sutkada 0,26 barel çoxdur.

2009 - cu ildə OPEK - ə daxil olmayan ölkələrdə ixrac həcmi sutkada 0,88 mln. barel artaraq, 50,81 mln. barelə çatacaq. İƏİT ölkələrində gələn il neft ixracı həcmi sutkada 0,05 mln. barel artaraq 19,97 mln. barelə çatacaq. Possovet ölkələrində 2009 - cu ildə ixrac həcmi sutkada 13,09 mln. barel təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə üvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti