...

Bakıda çirkli torpaqların rekultivasiya üsulları müzakirə ediləcək

Energetika Materials 17 Oktyabr 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir E.İsmayılov/ Noyabrın 3-4-də Bakıda "Çirkli torpaqların rekultivasiyasının mümkün üsulları" adlı konfrans keçiriləcək, SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) Ekologiya İdarəsindən cümə günü bildiriblər.

Konfrans zamanı torpaqların rekultivasiyasının yeni üsulları və artıq tətbiq edilmiş metodikaları haqqında məruzələr nəzərdən keçiriləcək.

Konfransda müxtəlif nazirliklər, beynəlxalq və yerli müəssisələr, elmi təşkilatlar, kommersiya qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti