Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Yanvar - sentyabrda "Sumqayıtelektrikşəbəkə" ASC - nin paylayıcı şəbəkəsində istifadə edilmiş elektrik enerjisinə görə ödəniş 2007 - ci ilin analoji dövründəki 40 faizə qarşı 80 faiz təşkil edib,-ASC - nin bazar ertəsi yayılan məlumatında bildirilir.
Əhali arasında bu göstərici ötən ilin analoji dövründəki 34,8 faizə qarşı 73,1 faiz təşkil edib. Yaxın günlərdə Novxanı, Masazır və Müşfiqabad qəsəbələrində abunəçilərə xidmət mərkəzləri açılacaq",- "Sumqayıtelektrikşəbəkə"-nin məlumatında bildirilir.
ASC doqquz ay ərzində 53531 sayğac quraşdırıb. Ümumilikdə 250269 abunəçi sayğacla təmin olunub ki, bu da abunəçilərin ümumi sayının 90 faizini təşkil edir. ASC - nin elektrik sistemi rayonlarında 700 kilometrdən çox SİP tipli kabel çəkilib.
Masazırda yeni 110 kilovoltluq elektrik yarımstansiyasının tikintisi başa çatmaq üzrədir. Stansiya ətrafda yerləşən bütün yaşayış binalarını elektrik enerjisi ilə təmin edəcək.