...

SOCAR Avstriyada nümayəndəlik açmağa hazırlaşır

Energetika Materials 27 Oktyabr 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Vyanada nümayəndəliyini açmağa hazırlaşır. Avstriya nümayəndəliyinin qeydiyyatdan keçmə proseduru artıq başa çatıb. Yaxın vaxtlarda nümayəndəliyin rəsmi açılış mərasimi keçiriləcək. Nümayəndəliyin direktoru Gülmirzə Cəfərovdur.

Nümayəndəliyin açılmasında əsas məqsəd Avstriya və regionun digər ölkələrində şirkətin maraqlarının təmsil olunması; neft və qaz sahəsində fəaliyyət göstərən yerli təşkilat və şirkətlər ilə əməkdaşlığın möhkəmləndirilməsi; bazar və marketinq təşkilinin öyrənilməsi; müxtəlif regional və beynəlxalq tədbirlərdə Azərbaycanın iştirakını təmin etmək; neft - qaz sahəsində mövcud qabaqcıl texnologiya və təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşkilindən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti