...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Tengiz" yatağından çıxarılan neftin ixracına başlanılıb

Energetika Materials 30 Oktyabr 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Amerikanın "ChevronTexaco" şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neıftin nəqlinə başlayıb. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi bildirib.

Müqavilənin şərtlərinə görə, Tengiz nefti BTC və dəmir yolu vasitəsilə Gürcüstanın Kulevi və Batumi limanlarına nəql olunacaq. "Müqavilənin şərtlərinə əsasən, nəql olunan həcmlər bərabər paylara bölünə bilər", - deyə mənbə bildirib.

SOCAR nümayəndəsinin sözlərinə görə, ilk ay ərzində BTC boru kəməri üzrə 65-70 min ton neft nəql olunacaq. İkinci ayda da analoji həcm ixrac olunacaq.

"Nəql olunan neft həcmlərinin ildə dörd mln. tonadək artırılacağı gözlənilir", - deyə mənbə bildirib.

"Azersun Holding"in prezidenti Abdulbari Goozal Trend -a bildirib ki, "ChevronTexaco" ilə "Tengiz" yatağından neft nəqlinə dair müqavilə bağlanıb, bir-iki ay ərzində nəqlə başlanacaq.

"Proqrama əsasən, neft Dübəndi və Səngəçal terminalları vasitəsilə nəql olunacaq", - deyə Goozal bildirib.

"ChevronTexaco" Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə sahəsinin işlənməsi ilə "TenqizŞevroil" əməliyyat şirkəti məşğul olur.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dır. Boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında başlanılıb, kəmərin neftlə doldurulması isə 2005-ci il mayın 18-da həyata keçirilib.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Gürcüstanın Qara dəniz Kulevi və Batumi terminallarının sahibləri müvafiq olaraq SOCAR və "Kazmunayqaz"dır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti