...

Aİ Azərbaycana Xəzər qazını idxal etməkdə qətiyyətlidir

Energetika Materials 6 Noyabr 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir A.Bədəlova/ Avropa İttifaqı Azərbaycana Xəzər regionundan qaz idxalında qətiyyətlidir. Bu həftə Aİ-nin enerji məsələləri üzrə komissarı Andris Piyebalqsın Bakıya səfəri gözlənilir.

"[Piyebalqsın] səfərinin məqsədlərindən biri Avropa İttifaqının Xəzər regionundan qaz almaq səylərini nümayiş etdirmək niyyətidir", - Piyebalqsın rəsmi nümayəndəsi Ferran Tarradellas Espuni cümə axşamı telefonla bildirib.

Avropa Azərbaycan və Türkmənistanın qazına böyük ümid bəsləyir. Azərbaycanın qaz ehtiyatları təxminən 2 trln. kubmetrdir. Əsas ixrac qazının hasilatı "Şahdəniz" yatağından həyata keçirilir. Qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac edilir. Azərbaycan qazı Avropa bazarında da ixrac edilə bilər. Bunun üçün Türkiyə ilə tranzit sazişi imzalamaq lazımdır. 2013 - cü ildə "Nabukko" boru kəmərinin istismara verilməsi ilə onun ötürmə gücünün bir hissəsi qismən Azərbaycan qazının hesabına təmin ediləcək.

Türkmən qazının Azərbaycan ərazisindən tranzitlə Avropa bazarına çatdırılması üçün Xəzərin dibi ilə illik ötürmə gücü 20 mlrd. kubmetrdən çox olacaq qaz kəməri (TransXəzər qaz kəməri) çəkmək lazımdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti