...

CAREC neft və qaz ixracı infrastrukturunun inkişafına imkan yaradır – Qazaxıstan sənaye nazirinin müavini

Energetika Materials 21 Noyabr 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir E.İsmayılov/ Cümə günü Bakıda keçirilən Mərkəzi-Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) üzrə VII nazirlər konfransında enerji sektoru üzrə aparılan danışıqlar neft və qaz ixracı, həmçinin elektrik enerjisi və su təminatı üçün məhz infrastruktur sahəsinə böyük regional inteqrasiyaya imkan yaradacaq. Bu barədə cümə günü Bakıda Qazaxıstan sənaye və ticarət nazirinin müavini Janar Aycanova bildirib.

"Buna görə biz beynəlxalq təşkilatlarla CAREC çərçivəsində bu əməkdaşlığa ümidlə baxırıq. Və iqtisadiyyatımızın artmasına və ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsinə yardım göstərəcək konkret nəticələrə ümid edirik", - deyə Aycanova bildirib.

Aycanova deyib ki, Qazaxıstan nefti üzrə ixrac marşrutlarının diversifikasiyası ilə bağlı danışıqlar davam etdirilir. "Düşünürəm ki, danışıqlar konstruktiv istiqamətdə davam etdiriləcək", - Aycanova bildirib.

CAREC proqramı 1998-ci ildə Asiya İnkişaf Bankının təşəbbüsü ilə təsis edilib. CAREC - səkkiz iştirakçı ölkə (Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynlxalq təşkilatın (AİB, AYİB, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf proqramı və Dünya Bankı) tərəfdaşlığından ibarətdir.

Proqram infrastruktur layihələrin maliyyələşdirilməsinə və nəqliyyat, ticarətə yardım, ticarət siyasəti və energetika kimi prioritet sahələrdə regonal siyasətin yaxşılaşdırılmasına yönəldilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti