...

"Palmali" şirkəti yeni iritonnajlı neft tankeri alıb

Energetika Materials 2 Dekabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend / "Palmali" şirkətlər qrupu Aframax tipli yeni iritonnajlı neft tankeri alıb. Tankerə "Azərbaycan" adı verilib, - şirkətin məlumatında bildirilib. Gəmi öz ilk reysinə Sinqapurdan yola düşəcək.

Yaponiya istehsalı olan tankerin dedveyti 105 min ton, uzunluğu 237,74 metr, eni isə 42 metrdir.

Əvvəllər "Palmali" üç neftdaşıyan tankerin əldə edilməsi üçün HSH Nordbank və DVB Bank-dan 183 mln. dollar kredit (onu 2 mlrd. dollaradək artırmaq planlaşdırılır) alıb.

"Palmali" bu vəsaitlərə bir Suezmax (dedveyti 165 min ton) və iki Aframax tipli (dedveyti 105 min ton) tanker alıb.

Xəbər lenti

Xəbər lenti