Azərbaycan, Bakı, 05 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tenderi yekunlaşdırıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, bir mln. barel həcmində neft partiyası 2009-cu il yanvarın 10-15-də Yeni Zelandiyanın Sumato Energy Group Limited treyderi tərəfindən göndəriləcək.