Azərbaycan, Bakı, 09 dekabr/ Trend / Yanvar-noyabrda SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti) daxil olan H.Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacaq") 167,65 min ton neft koksu istehsal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 73,12 min tona bərabər olub, - SOCAR-dan bildiriblər.
Ötən il neft koksu istehsalının ümumi həcmi 85 min ton təşkil edib. 2006-cı ildə 67,24 min ton koks istehsal edilib. 2005-ci ildə müəssisədə neft koksu istehsal edilməyib.
Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.