...

"Bakqaz" İB noyabrda Bakının qaz sisteminə qazın verilməsini xeyli artırıb

Energetika Materials 10 Dekabr 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir E.İsmayılov/ "Bakqaz" İstehsalat Birliyi (İB) yanvar-noyabrda Bakı şəhərinin qaz sisteminə 2,11 mlrd. kubmetr qaz verib, - İB-də işlərə yaxın mənbə çərşənbə günü bildirib.

"Qazın istehlakı artdıqca sistemə qazın verilməsi tədricən artır. Oktyabra nisbətən noyabrda qazın verilməsi təqribən 90 mln. kubmetr artıb", - mənbə bildirib.

Noyabrda Bakının qaz sisteminə 234 mln. kubmetr qaz verilib, oktyabrda bu göstərici 147,3 mln. kubmetr təşkil edib.

Sentyabrda Bakının qaz sisteminə təxminən 110,83 mln. kubmetr qaz verilib, avqustda bu göstərici 98,3 mln. kubmetr təşkil edib.

Bir müddət əvvəl, İB şəhərin qaz sisteminə qazın mövsümi verilişindən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra, verilən qazın həcmi istifadəçilərin tələbatı ilə müəyyən ediləcək. Mövsümi rejimin tətbiqi əhalinin əksər hissəsində sayğacların olmaması və nəticədə, qazdan qeyri-rasional istifadə ilə bağlı olub.  Hazırda Bakının qaz şəbəkəsi abunəçilərinin 100 faizi qaz sayğcaları ilə təmin olunub, - mənbə əvvəllər bildirib.

İB əvvəlki illərdə aprelin ortalarından yay iş rejiminə keçir və qış dövrü ilə müqayisədə abunəçilərə verilən qazın həcmi azaldılırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə qaz şəbəkəsinə verilən qazın sutkalq həcmi 3- 4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]


в

Xəbər lenti

Xəbər lenti