...

Azərbaycanda neft  koksu istehsalı  xeyli  artıb

Energetika Materials 6 Yanvar 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend / SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) tərkibində olan H.Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş "Azneftyanacaq") tərəfindən 2007 -ci ildə çıxarılan 84,74 min ton neft  koksuna nisbətdə, 2008-ci ildə 168,93 min ton neft  koksu istehsal edilib,- SOCAR-dan bildirdilər.

Dekabrda Bakı Neft Emalı Zavodu 1,28 min ton koks istehsal edib.

Bu müəssisə 2006-cı ildə 76,24 min ton məhsul istehsal edib. Müəssisə 2005-ci ildə neft  koksu istehsal etməyib. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti