...

Timoşenko və Putin şənbə günü qaz məsələsi üzrə danışıqların aparılması barədə razılığa gəliblər

Energetika Materials 15 Yanvar 2009 13:22 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 yanvar/ Trend , müxbir Z.Novsvitski/ Ukrayna və Rusiya Federasiyasının Baş nazirləri Yuliya Timoşenko və Vladimir Putin iki ölkə hökumətinin şənbə günü Moskvada qaz məsələsi üzrə danışıqlar aparması barədə razılığa gəliblər.

Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, görüş barədə razılıq bu gün gecə baş nazirlər arasında aparılan telefon  söhbəti zamanı əldə olunub.

Söhbət zamanı qaz məsələsində bütün problemlərin aradan qaldırılması konsepsiyası müzakirə edilib. Ukrayna və Rusiyanın Baş nazirləri Rusiya təbii qazının Avropa İttifaqı ölkələrinə tranzitinin başlama şərtlərini də müzakirə ediblər.

Mətbuat xidməti məlumat verir ki, Timoşenko Putinə təcili teleqram göndərib. O, teleqramda Rusiyanın Ukrayna qaz nəqli sisteminə ötürəcəyi təbii qazın nəqli sistemində qazvuran aqreqatların işləməsi üçün tələb olunan 8 faiz istisna olmaqla, bütün qaz həcminin Avropa İttifaqı ölkələrinə çatdırılacağına zəmanət verib. 

Teleqramda Ukrayna hökuməti tərəfindən ölkə üçün Rusiya təbii qazının qiyməti müəyyən olunandan sonra texniki tələbat məqsədilə istifadə olunacaq təbii qazın haqqının dərhal ödənilməsi ilə bağlı da zəmanət verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti