Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2010-cu ildə neftin qiymətinin artacağını proqnozlaşdırır.
"2010-cu ildə qiymətlər artmağa başlayacaq, dünya iqtisadiyyatı bərpa olunan kimi dünyanın neftə olan tələbatı OPEK-ə daxil olmayan ölkələrin tədarük həcmlərini üstələyəcək", - deyə EIA-nın illik enerji xülаsəsi üzrə məruzəsində bildirilir.
EIA-nın proqnozlarına görə, bu il dünyanın neftə olan tələbatı nəzərəçarpacaq dərəcədə düşsədə, 2010-cu ildə 880 min barel artaraq sutkada 85,98 mln. barelə çatacaq.
2008-ci ilin sonunadək dünya bazarlarında neft qiymətlərinin dünya iqtisadiyyatının zəif artım tempi ilə barəbər düşməsinə baxmayaraq, EIA 2030-cu ilədək xammal qiymətlərinin yüksək olacağını proqnozlaşdırır. Gözləmələrə əsasən, bu il "qara qızılın" orta qiyməti bir barel üçün təqribən 189 dollar təşkil edəcək.
EIA uzunmüddtli perspektivdə OPEK-ə daxil olmayan ölkələrin tədarüklərinin artacağını proqnozlaşdırır.
Məruzədə bildirilir ki, Azərbaycan, Braziliyia və Qazaxıstan kimi zəngin ehtiyatlara malik ölkələrdə neftin yüksək qiymətləri, genişləndirilmiş infrastruktur, həmçinin yeni kəşfiyyat texnologiyaları və qazma işləri kartelə daxil olmayan ölkələrdə əlavə hasilat həcminə imkan yaradacq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]