Azərbaycan, Bakı, 06 fevral/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Qara dəniz Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
600 min barel həcmində neft partiyası martın 6-7-də göndəriləcək. Tenderin yekunları fevralın 11-də elan olunacaq.