...

"Total" Azərbaycanın qaz blokunda qazılacaq kəşfiyyat quyusunun təxmini qiymətini açıqlayıb

Energetika Materials 27 Fevral 2009 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Əliyev /

"Üç il ərzində "Abşeron" blokunda təxminən 100 milyon dollar dəyərində bir kəşfiyyat quyusu qazılacaq", - cümə günü Bakıda, "Total" Fransa şirkətinin vitse-prezidenti İv Lui Darekarer deyib.

"Qarşıdakı üç ildə daha iki kəşfiyyat quyusunun qazılması mümkündür", - Darekarer bildirib.

Onun sözlərinə görə, "Abşeron" çətin yataqdır, böyük risklər var, amma belə yataqlarda qazma işlərinin aparılması "Total"ın strategiyasının bir hissəsidir.

"Abşeron"da iş təcrübəmizdən fərqlənən yeni, təkmilləşdirilmiş kəşfiyyat modeli hazırlanıb. "Total"ın bu blokda işləmək üçün bütün resursları var", - Darekarer qeyd edib.

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və "Total" bu gün Bakıda "Abşeron" böyük dəniz qaz blokunun işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar. SOCAR layihədə 40 faiz, "Total" isə 60 faiz pay sahibi olacaq.

Kəşfiyyat dövründə SOCAR-ın payının maliyyələşdirilməsini "Total" şirkəti həyata keçirəcək.

"Abşeron" bloku Bakıdan 100 km məsafədə, 500 metr dəniz qatında yerləşir.

Xəbər lenti

Xəbər lenti