...

ABŞ Azərbaycandan neft idxalını 30 faiz artırıb

Energetika Materials 2 Mart 2009 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend /

"2008-ci ildə ABŞ Azərbaycandan 26,8 milyon bareldən çox neft idxal edib. Bu rəqəm 2007-ci ildə 20,6 milyon barel olub", - ABŞ Enerji İnformasiyası üzrə Dövlət İdarəsinin (EIA) məlumatında deyilir.

"2006-cı ildə ABŞ 9,7 milyon barel neft idxal edib", - EIA-nın məlumatında qeyd olunur.

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir.

Azərbaycanın yüngül nefti həm də Bakı-Supsa boru kəməri ilə tədarük olunan Gürcüstanın Supsa limanından da ixrac olunur.

Neft, həmçinin Bakıdan dəmir yolu ilə çatdırılan Qara dəniz limanı Batumi, eləcə də Bakı-Novorossiysk kəməri ilə çatdırılan Novorossiysk limanından da ixrac olunur.

Xəbər lenti

Xəbər lenti