...

Azərbaycanın Neft Emalı Zavodunda kataliz-krekinq qurğusu təmirə dayandırılıb

Energetika Materials 6 Mart 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir E.İsmayılova /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakıda yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) profilaktik təmirlərin keçirilməsi məqsədi ilə kataliz qurğusunun işi dayandırılıb, - bu barədə SOCAR-ın rəsmi mənbələrindən xəbər verilib. 

"Qurğunun işi martın əvvələrində təmirə dayandırılıb. Təmir işləri 10 gün ərzində davam edəcək", - mənbədən bildirilib.

Onun sözlərinə görə, qurğunun işinin dayandırılması istehsala heç bir təsir göstərməyəcək, çünki qurğunun dayandırılmasına kimi hazırlıq işləri görülüb.

Kataliz qurğusu vasitəsilə benzin fraksiyası və maye qaz istehsal olunur. 

Azərbaycanda yalnız iki NEZ fəaliyyət göstərir, onlardan biri Heydər Əliyev adına NEZ, digəri isə "Azneftyaq" NEZ-dir. Birinci NEZ-də əsasən açıq, digərində isə tünd neft məhsulları istehsal edilir. Hər iki NEZ-in ümumi gücü ildə 20 milyon ton neft istehsalına bərabərdir. NEZ-lərin hər ikisi hər il öz vəsaitləri hesabına quruda və dəniz yataqlarında 6 milyon ton neft emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti