...

Türkiyə tranzit ölkə kimi dünya neft bazarı üçün mühüm rol oynayır - EIA

Energetika Materials 4 Aprel 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir A.Bədəlova /  

Türkiyənin iri neft hasil edən ölkə olmamasına baxmayaraq, onun neft tranzitçisi kimi artan rolu bu ölkəni dünya neft bazarları üçün mühüm oyunçuya çevirir. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) Türkiyənin qısa təhlili üzrə məruzəsində bildirilir.

"Oil & Gas" jurnalının məlumatına əsasən, Türkiyənin təsdiq olunmuş neft ehtiyatları 2007-ci il yanvarın 1-nə 300 mln. barel təşkil edir. Bu ehtiyatlar əsasən ölkənin cənub-şərq regionunda yerləşib.

EIA-nın məlumatına əsasən, Türkiyədə neftə tələbat artmaqdadır. 2007-ci ildə o, sutkada 690 min barel olmaqla öz maksimum səviyyəsinə çatıb ki, bu da daxili hasilat səviyyəsini üstələyir. 2007-ci ildə ölkəyə əsas neft tədarükçüsü Rusiya, həmçinin İran və Səudiyyə Ərəbistanı olub.

EIA-nın məruzəsində bildirilir ki, Türkiyə Rusiya, Xəzər regionu və Yaxın Şərqdən Avropaya tədarük olunan neftin tranzitində əsas rol oynayır. Rusiya və Xəzər neftinin böyük həcmi qərb bazarlarına Bosfor boğazı vasitəsilə çatdırılır. Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan terminalı, ölkəyə Kərkük-Ceyhan boru kəməri vasitəsilə şimali İraqdan, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycandan neft ixrac etmək imkanı verir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin nəql imkanları sutkada bir mln. barel, Kərkük-Ceyhan boru kəmərinin nəql gücü sutkada 1,65 mln. barel təşkil edir. Planlaşdırılan Samsun-Ceyhan boru kəmərinin nəql gücü isə sutkada bir mln.bareldən 1,4 mln. barelədək təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti