...

SOCAR Azərbaycandakı terminal su ehtiyatlarının istifadəsi imkanlarını nəzərdən keçirir

Energetika Materials 4 Aprel 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend /

Azərbaycanın Xərəryanı-Quba və Kür-Araz ovalıqlarında aşkar olunmuş terminal su ehtiyatları bu regionda yerləşən yaşayış məntəqələrinin qızdırılmasında istifadə edilə bilər, - SOCAR-ın Ekologiya İdarəsinin məlumatında deyilir.

Abşeron yarımadasında və Aşağı Kür düzənliyində aşkar olunmuş terminal su ehtiyatları yod, brom, bor və digər mikroelementlərin alınmasında istifadə oluna bilər.

Talış-Lənkəran rayonundakı terminal sular balneologiya məqsədləri ilə yanaşı, kənd təsərrüfatında örtülü şitilliklərin qızıdırılmasında da istifadə oluna bilər.

"Bu təkliflərin dəyərləndirilməsi ölkəyə böyük gəlirlər gətirə bilər", - məlumatda deyilir.

Azərbaycan ərazisində temperaturu 35 və 100 dərəcə arasında dəyişən terminal su ehtiyatları gün ərzində 400 min kub metr həcmində qeyd olunur.

Terminal sular alternativ enerji mənbələri növlərindən biridir.

Xəbər lenti

Xəbər lenti