...

Türkiyə "Nabukko" qaz kəməri layihəsini başlamağa tələsir – nazir

Energetika Materials 13 Aprel 2009 12:55 (UTC +04:00)
Türkiyə "Nabukko" qaz kəməri layihəsini başlamağa tələsir – nazir

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir A.Bədəlova /  

Türkiyə hökuməti Azərbaycan və Mərkəzi Asiyadan qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsinə mümkün qədər tez başlamaq istəyir. TurkishPress.com.-un yazdığına görə, bu barədə Türkiyənin energetika naziri Hilmi Gülər bildirib.  

Türkiyə "Nabukko" qaz kəməri layihəsinin iştirakçısı olan Avropa İttifaqı ölkələrinə məktub göndərib və onlardan cavab gözləyir.

"Əgər aprelin sonunadək cavab versələr, o zaman biz iyuna qədər sazişi imzalayacağıq. Biz Avropa İttifaqından razılıq məktubu gözləyirik",- deyə Gülər bildirib.

Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Nazirin sözlərin görə, Avropa İttifaqı ölkələrinə hökumətəlarası saziş, həmçinin mühüm hökumət sənədi göndərilib. "Bununla belə, biz yenə də və yenə barəsində artıq razılıq əldə olunan detalları müzakirə edirik. Bütün bunlardan qaçmaq üçün, mən məktub göndərdim", - deyə Gülər bildirib.

Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetr təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti