...

BMT – enerji tədarüklərinin təhlükəsizliyini təmin etmək iqtidarında olan yeganə qurumdur – Türkmənistan Prezidenti

Energetika Materials 23 Aprel 2009 15:02 (UTC +04:00)
BMT  – enerji tədarüklərinin təhlükəsizliyini təmin etmək iqtidarında olan yeganə qurumdur – Türkmənistan Prezidenti

Türkmənistan, Aşqabad, 23 aprel / Trend , müxbir Q.Həsənov /

BMT enerji daşıyıcılarının beynəlxalq bazarlara nəqli üzrə gələcək etibarlılıq, stabillik və təhlükəsizlik sisteminin hüquqi legitimliyini və siyasi zəmanətini təmin etmək iqtidarında olan yeganə universal dünya qurumu olub və olacaq. Bu barədə Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov bu gün Aşqabadda beynəlxalq enerji konfransını açıq elan edərkən bildirib.

"Hazırkı şəraitdə enerji axınlarının şaxələndirilməsi, coğrafiyaya yeni ölkə və region marşturlarının daxil olması qlobal iqtisadiyyata lazımi sabitlik vermək, onu nöqsan və deformasiyalardan qorumaq iqtidarındadır", - deyə türkmən rəhbəri bildirib və əlavə edib ki, yanacağın qiymətini istehsalçı dövlət müəyyən etməlidir.

"Qiymət məsələləri də daxil olmaqla, milli tənzimləyicilər üzərində hansısa formada təbii qaz istehsal edən ölkələrin beynəlxalq strukturlarının yaradılması üzrə bütün ideyalar nəticə vermir. Bu konteksdə təbii qazın qiymətinin formalaşdırılmasının yeganə düzgün sxemi satıcı və alıcı arasında birbaşa razılaşmadır", - deyə Berdiməhəmmədov bildirib.

"Türkmənistan təbii qaz tədarükü sahəsində Xəzər regionunda əsas oyunçulardan biridir və dünya maliyyə böhranı fonunda "türkmən təbii qazının tədarük marşrutlarının şaxələndirilməsi, həmçinin türkmən enerji daşıyıcılarının beynəlxalq bazarlara stabil və etibarlı çıxarılma sistemini yaratmaq" hüququnun olduğunu fəal şəkildə bildirir ki, artıq müstəqil ekspertlər də buna diqqət ayırıblar", - deyə Türkmənistan Prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti