...

Azərbaycan paytaxtında qaza tələbat azalıb – "Bakqaz"

Energetika Materials 2 May 2009 11:40 (UTC +04:00)
Azərbaycan paytaxtında qaza tələbat azalıb – "Bakqaz"

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.İsmayılov /

"Bakqaz" (Bakıda qaz satan və paylayan müəssisə) İstehsalat Birliyinin (İB) Bakı şəhərinin qaz sisteminə sutkalıq qaz verilişi bu gün mart ayının 8 mln. kubmetr orta sutkalıq qaz verilişinə nisbətdə təqribən 6,7 mln. kubmetr təşkil edir. Bu barədə cümə günü İB-də tədarükə yaxın mənbə bildirib.

"Hazırda paytaxtda qaza olan sutkalıq tələbat sutkada 6,7 mln. kubmetrdən aşağı düşmür. Qaz verilişi məhdudlaşdırılmır, lakin hava şəraitinin yaxşılaşması səbəbindən bu göstərici düşür", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qaz verilişində məhdudiyyət yoxdur, lakin əsas məsələ əhalinin istifadə etdiyi qazın haqqını ödəməsidir.

Yanvar-martda paytaxtın qaz sisteminə təqribən 1,04 mlrd. kubmetr məişət qazı verilib. Fevralda bu göstərici təqribən 348 mln. kubmetr təşkil edib.

2008-ci ildə İB tərəfindən Bakının qaz sisteminə təqribən 2,45 mlrd. kubmetr qaz verilib.

Ötən il İstehsalat Birliyi şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiq edilməsi əhalinin əksəriyyətində qaz sayğaclarının olmaması ilə bağlı idi, bunun nəticəsində əhali qazdan səmərəsiz istifadə edirdi. Mənbə hazırda Bakı qaz şəbəkəsi abunəçilərinin 100 faizinin sayğacla təmin edildiyini bildirib.

Əvvəlki illərdə İstehsal Birliyi aprelin ortalarında yay iş rejiminə keçirdi. Bu dövrdə abunəçilərə qaz verilişi qış mövsümü ilə müqayisədə azaldılırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti