Türkmənistan, Aşqabad, 02 may / Trend , müxbir H.Həsənov /
Baş nazirin müavini Taçberdi Taqiyevin başçılıq etdiyi Türkmənistanın rəsmi nümayəndə heyəti mayın 8-də Praqada keçirilməsi nəzərdə tutulan "Cənub istiqaməti" enerji forumunda iştirak edəcək.
Prezident Qurbanqulu Berdimuhammedovun tapşırığı ilə nümayəndə heyətinə "Türkmənqaz" dövlət konserninin başçısı Baymurad Xocamuhammedov və prezident yayında karbohidrogen resurslarından istifadə və onların idarə edilməsi üzrə dövlət agentliyinin rəhbəri Yaxşıgeldı Kakayev də daxil edilib.
Hazırda Çexiya Avropa İttifaqında sədrlik edir və Avropanı Azərbaycan və Mərkəzi Asiyadan gələn təbii qazla təmin edə biləcək "Nabukko" layihəsini sürətlə irəlilədir. Berdimuhammedov ötən həftə Aşqabadda keçirilən enerji konfransının iştirakçısı olan Çexiya Baş nazirinin müavini Aleksandr Vondra ilə enerji əməkdaşlığı məsələsini müzakirə edib.
Xəzər regionunda əsas qaz tədarükçülərindən biri olan Türkmənistan bir müddət əvvəl öz qazının əsas hissəsini Rusiyaya ixrac edirdi. Ancaq aprelin 9-da "Orta Asiya-Mərkəz" magistral qaz kəmərinin qollarından birində baş verən qəzadan sonra tədarüklər müvəqqəti olaraq dayandırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]