...

SOCAR neft tədarükünü müxtəlifləşdirmək üçün Bakı-Novorossiysk xətti ilə neft nəqlini artırır

Energetika Materials 22 May 2009 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müx E.İsmayılov /

Azərbaycan neftinin şimal istiqamətində Bakı-Novorossiysk neft boru kəməri ilə nəqli bu il Azərbaycandan neft tədarükünü müxtəlifləşdirmək məqsədi ilə artırılacaq, SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi bildirib.

"Bu il tədarükü müxtəlifləşdirmək məqsədi ilə daha çox neft nəql ediləcək", - mənbədən verilən məlumatda bildirilib.

Onun sözlərinə görə, bu il keçən ilə nisbətdə daha çox neft hasil ediləcək, lakin mənbə konkret rəqəm deməyib. "Bütün hallarda, hazırda AÇG-də (dəniz yataqlarının bloku "Azəri-Çıraq-Günəşli") hasilat sutka ərzində 900 min barel təşkil edir",- o əlavə edib.

Belə ki, "Azəri-Çıraq-Günəşli" (operator BP) yatağında hasilat keçən ilin sentyabr ayı ilə (həmin ay platformanın dayanması səbəbindən hasilat kəskin surətdə 650 min barel həcmində məhdudlaşdırılmışdı) müqayisə edilə biləcək səviyyəyə çatıb.

Məqalə müəlifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti