...

Azərbaycanın Baş naziri yenidən Dövlət Neft Fondunun müşahidə şurasının sədri seçilib

Energetika Materials 11 İyun 2009 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend /

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) müşahidə şurasının növbəti iclasında 2008-ci ildə fondun büdcəsinin icra layihəsinin təsdiqlənməsi üçün Azərbaycan Prezidentinə təqdim edilməsi haqqında qərar qəbul edilib. Bu barədə fondun cümə axşamı yayılmış məlumatında deyilir.

Ölkənin Baş naziri Artur Rasizadənin sədrliyi altında müşahidə şurası neft fondunun icraçı direktoru tərəfindən təqdim edilmiş 2008-ci ildəki fəaliyyəti haqqında hesabat ilə, həmçinin ötən ildə fondun maliyyə fəalliyyəti haqqında azad auditorun (Delloitte & Touche) hesabatı və rəyi ilə tanış olub. Müşahidə şurası bu layihələri müsbət qiymətləndirib.

Rasizadə yenidən Dövlət Neft Fondunun müşahidə şurasının sədri seçilib.

Fondun aktivləri 2008-ci ilin yanvar ayındakı göstəricidən 4,3 dəfə artaraq 2009-cu ildə yanvarın 1-də 8986,7 milyon manat (11219,2 milyon dollar) təşkil edib.

Ötən ildə fondun gəlirləri 11864,7 milyon manat və ya proqnozun 117 faizini təşkil edib. Fondun xərcləri 4291,8 milyon manat və ya proqnozun 98 faizini təşkil edib. 2008-ci ildə ADNF aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlər 231,2 milyon manat təşkil edib.

İyunun 11-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti