...

TOTAL Bakı nümayəndəliyinin bağlanması haqqında KİV-in məlumatlarını təkzib edir

Energetika Materials 15 İyul 2009 13:07 (UTC +04:00)
TOTAL Bakı nümayəndəliyinin bağlanması haqqında KİV-in məlumatlarını təkzib edir

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir V.Şərifov /

Fransanın TOTAL şirkəti  Bakı nümayəndəliyinin bağlanması haqqında iyulda bir sıra KİV-in yaydıqları məlumatları təkzib edib. TOTAL-dan Trend Capital-a bildirilib ki, şirkətin 20 faizlik iştirak payına sahib olduğu "Abşeron" dəniz blokunun işlənməsi layihəsində iştirakı üçün 1997-ci ildə təsis edilən TOTAL Exploration and Production Azerbaijan nümayəndəliyi həqiqətən bağlanıb. Lakin şirkətin TOTAL E&P Absheron BV ofisi fəlaiyyətini uğurla davam etdirir.

1997-ci ildə avqustun 1-də "Abşeron" üzrə PSA müqaviləsində TOTAL Exploration and Production Azerbaijan ilə yanaşı Amerikanın ChevronTexaco şirkəti (operator - 30 faiz) və ARDNŞ (50 faiz) iştirak edib. Sonradan karbohidrogenlərin həcminin kommersiya baxımından cəlbedici olmaması  səbəb göstərilib və "Abşeron" üzrə tərəfdaşlar layihənin bağlanması haqqında qərar qəbul ediblər. 

Bir neçə ildən sonra TOTAL  ARDNŞ ilə "Abşeron" layihəsində iştirak perspektivinin müzakirəsinə başlayıb. 2009-cu ilin fevral ayındakı danışıqların yekunlarına əsasən TOTAL E&P Absheron  "Abşeron" layihəsində 60 faizlik iştirak payına, ARDNŞ isə 40 faizlik iştirak payına sahib olub. Bu il TOTAL E&P Absheron BV "Abşeron" layihəsində iştirak payının 20 faizini Gaz de france SUEZ (GDF/SUEZ) şirkətinə satıb.

Tərəfdaşların "Abşeron" blokunun işlənməsi üzrə cari iştirak payı belədir: ARDNŞ - 40 faiz, Fransanın TOTAL şirkəti - 40 faiz  və GDF/SUEZ - 20 faiz.

Üç il ərzində "Abşeron" blokunda 100 milyon dollar dəyərində bir kəşfiyyat quyusu qazılacaq. Onun layihə üzrə dərinliyi 6500 metrdən çoxdur. Qazma işlərinə ilin sonuna kimi başlanıla bilər.

Daha üç il ərzində iki kəşfiyyat quyusunun qazılması da mümükündür. "Abşeron" bloku Bakının 100 kilometrliyində 500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti