...

ARDNŞ Azərbaycanın qazpaylayıcı şəbəkəsinə qaz verilişini artırıb

Energetika Materials 15 İyul 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Birinci yarımildə "Azəriqaz" ASC sisteminə 3,1 milyard kubmetr qaz daxil olub. 2008-ci ilin analoji dövründə bu göstərici 2,8 milyard kubmetr təşkil edib. Bu barədə ARDNŞ-in məlumatında deyilir.  

İyun ayında "Azəriqaz" qaz siteminə 497,5 milyon kubmetr qaz daxil olub. Ötən ilin iyun ayında bu göstərici 44 milyon kubmetr təşkil edib. 

2008-ci ildə "Azəriqaz" sisteminə 5,8 milyard kubmetr qaz daxil olub. 2007-ci ildə bu göstərici 5,7 milyard kubmetr təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə "Azəriqaz" ASC bu aydan etibarən ARDNŞ-in tərkibinə keçirilib.

Xəbər lenti

Xəbər lenti