...

ARDNŞ Xəzərdə kəşfiyyat qazma işlərinə hazırdır

Energetika Materials 21 İyul 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.İsmayılov /

"Ümid-1" platformasının eyniadlı perspektiv dəniz strukturunda ilk kəşfiyyat quyusunun qazılması avqustun əvvəlində başlayacaq", - çərşənbə axşamı ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə məlumat verib. Şirkət strukturu müstəqil şəkildə, öz vəsaitləri hesabına işlətmək fikrindədir.

"Qazma işi ayın sonunda başalaya bilər, amma böyük ehtimalla bu avqustun əvvəlində baş verəcək", - mənbə bildirib.

Bir müddət əvvəl digər mənbə məlumat verirdi ki, qazma işləri bugünlərdə başlayacaq.

Hazırda "Ümid-1" platformasında qazma işləri üçün son çalışmalar aparılır. "Hər şey başa çatma mərhələsindədir. Demək olar ki, qazmaya hər şey hazırdır, kiçik işlər qalıb", - mənbə deyib.

Ekspertlərin fikrincə, bu strukturda güclü təzyiq gözlənilir və bu səbəbdən də qazmaya hazırlıq bu qədər ehtiyatlı aparılır.

Qazma işlərini ARDNŞ-nin tərkibinə daxil olan "Bayıl limanı" dəniz kəşfiyyat qazma idarəsi aparır.

Bu strukturdakı birinci quyunun dərinliyi 6,5 min metr olacaq. Onun dörd min metrinin bu il qazılması gözlənilir. Qazmanın gələn il başa çatdırılacağı gözlənilir.

Tikintisi başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında yerləşən "Ümid-1" platforması ARDNŞ-ın qaz proqramı çərçivəsində ən böyük obyektdir. Onun hündürlüyü 72 metr olacaq. Platforma "Bulla-dəniz" yatağının 15 kilometr yaxınlığında, 58 metr dərinlikdə yerləşəcək. Platformadan altı quyu qazılması planlaşdırılır.

"Ümid"in gözlənilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz kondensatı isə 30-40 milyon tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti