Türkmənistan, Aşqabad, 07 avqust / Trend , müxbir H.Həsənov /
"Türkmənenerji" Dövlət Elektrik Enerjisi Korporasiyasının məlumatına əsasən, ilin birinci yarısının yekununda 1,546 milyard kilovat/saat elektrik enerjisi ixrac olunub ki, bu da ötən ilin müvafiq dövr göstəricisini 16 faiz üstələyir.
Ümumiyyətlə, ölkənin elektrik stansiyaları 7 milyard 950 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 4,3 faiz artıqdır. Türkmənistandan elektrik enerjisi hazırda Əfqanıstan, İran, Türkiyə və Tacikistana ixrac olunur. Bu il ixraca 2,6 milyard kilovat/saat elektrik enerjisi istiqamətləndirmək planlaşdırılır.
2020-ci ilədək Türkmənistanın iqtisadi inkişaf strategiyasına müvafiq olaraq ölkədə elektrik enerjisinin istehsalı ildə 26,38 milyard kilovat/saata çatdırılacaq, onun ixracı isə ildə 6 milyard kilovat/saata qədər artırılacaq. İxrac imkanlarını inkişaf etdirmək üçün Aral və Balkan vilayətlərində Türkiyənin "Lotus" və "Çalık enerji" şirkətinin iştirakı ilə yeni qaz-turbin elekrtrik stansiyaları tikiləcək. Avadanlıqlar ABŞ-ın "General elektric" şirkətindən tədarük olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]