...

ARDNŞ Azərbaycanda yeni qaz anbarının layihə gücünü açıqlayıb

Energetika Materials 13 Avqust 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.İsmayılov /

Naxçıvan Muxtar Respublikasında qazın sıxılması və saxlanılması kompleksinin gücü son mərhələdə 150 milyon kubmetr təşkil edəcək, bu barədə cümə axşamı ARDNŞ-in başçısı Rövnəq Abdullayev bildirib.

"Son mərhələdə kompleksdən istifadə edərək 150 milyon kubmetr qazın saxlanılması mümkün olacaq, ilkin mərhələdə bu göstərici 90 milyon kubmetr təşkil edəcək", - Abdullayev bildirib.

Abdullayevin qeyd etdiyi kimi, qazın sıxılması və saxlanılması üzrə kompleksin inşası NMR-in enerji təhlükəsizliyini təmin edəcək. Kompleks NMR-i qış dövründə həm İran, həm də Türkiyədən tədarüklər dayandırıldığı halda qaz ilə təchiz etməyə imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, əvvəlcədən Naxçıvanda yeraltı qaz anbarının yaradılması ilə əlaqədar kəşfiyyat işləri keçirilib. Bir axtarış quyusu qazılıb. Görülən bütün işlər göstərib ki, Naxçıvanın geoloju vəziyyəti orada yeraltı qaz anbarının yaradılmasına imkan vermir. Buna görə də qazın sıxılması və saxlanılması kompleksinin inşası barədə qərar qəbul edilib.

Azərbaycanda cəmi iki yeraltı qaz anbarı mövcuddur, onlardan biri aktiv həcmi 500 milyon kubmetr təşkil edən Qaradağ yeraltı qaz anbarı, digəri idə aktiv həcmi 1,1-1,2 milyard kubmetr təşkil edən Kalmaz qaz anbarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti