Azərbaycan, Bakı, 14 avqust / Trend /
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft-Qaz Hasilatı İdarəsi (NQHİ) yanvar-iyul aylarında ölkənin offşor və onşor yataqlarında təxminən 31,2 milyon barel neft (4,2 milyon tondan çox) hasil edib ki, ötən ilin analoji dövründə bu rəqəm 31,9 milyon barel (4,3 milyon ton) olub", - şirkətdən məlumat verilib.
ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrdə payı 8,3 milyon bareldir ki, onlardan da əməliyyat şirkətlərinin payına 1,1 milyon barel, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 6,5 milyon barel, "Şahdəniz" yatağına 639 min bareldən çox neft düşür.
Yanvar-iyulda ARDNŞ 4,5 milyard kubmetrdən çox qaz əldə edib ki, bu da ötən ilin analoji dövründə 4,5 milyard kubmetrə qədər olub. NQHİ təxminən 4,2 milyard kubmetr qaz əldə edib. Quruda qaz
hasil edən birgə və əməliyyat şirkətləri ARDNŞ-yə hesabat dövrü ərzində 40,05 milyon kubmetr qaz verib.
Yanvar-iyulda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti AÇG yatağında ARDNŞ üçün təxminən 2,4 milyard kubmetr qaz əldə edib. Ötən ilin analoji dövründə bu rəqəm 991,4 milyon kubmetr olub.
Azərbaycanda 57 neft-qaz yatağı var ki, onların 18-i dənizdə, qalanı quruda yerləşir. ARDNŞ-nin əməkdaş ştatı bu gün 62 min nəfərə qədərdir.