...

Gürcüstan və Türkiyə Qara dəniz yüksəkvoltlu elektrik ötürücü xətlərin çəkilməsi üzrə müqavilə imzalayıb

Energetika Materials 14 Sentyabr 2009 17:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan və Türkiyə arasında paralel rejimdə işləyən Qara dəniz yükəskvoltlu elektrik ötürücü xətlərin (EÖX) çəkilməsi üzrə müqavilə imzalanıb.

Gürcüstanın Dövlət Elektrik Sisteminin müvəqqəti rəhbəri Sulxan Zumburidzenin jurnalistlərə bildirdiyi kimi, müqavilədə layihənin Türkiyə hissəsinin - 110 kilometrlik EÖX-in çəkilməsinə başlanma müddəti nəzərdə tutulub.

500 kilovoltluq elektrik ötürücü xəttin çəkilməsi Gürcüstanın ixrac potensialını artıracaq. Layihə EBRD/KfW/EIB tərəfindən maliyyələşdirilir və onun dəyəri 300 milyon avro təşkil edir. 246,4 kilometr uzunluğunda 500 kilovoltluq EÖX-in reabilitasiyaya ehtiyacı var, 34,6 km uzunluğunda EÖX (Axalsıxa) isə çəkiləcək. 500 kilovoltluq "Axalsıxa" stansiyası 2009-2012-ci illərdə inşa ediləcək.

Gürcüstan tərəfindən müqaviləni Zumburidze, Türkiyə tərəfindən isə TEIAS elektrikötürmə şirkətinin meneceri Xəlil Əliş imzalayıb.

Zumburidzenin sözlərinə görə, sentyabrın 15-də azərbaycanlıların məskunlaşdığı Gürcüstanın Qardabani şəhərində Qara dəniz yüksəkvoltlu elektrik ötürücü xətlərin çəkilməsinə başlanılacaq. Yeni xətt həm daxili enerji stabilliyinin artırılması, həm də elektrik enerjisinin ixracı üçün nəzərdə tutulub.

"2009-cu ildə Gürcüstan tərəfi 140 elektrik enerjisi dirəyi basdırmaq niyyətindədir", - Zumburidze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti