Azərbaycan, Bakı, 23 sentyabr / Trend /
Son iki həftə ərzində "Cənubi Pars" layihəsinin 6, 7 və 8-ci fazalarında sonuncu platformalarda işlərin başlanması ilə əlaqədar olaraq, ölkədə qaz istehsalının həcmi 28,5 milyon kubmetr artacaq. Bu barədə Petropars İran şirkətinin 6-8-ci fazalar üzrə nümayəndəsi Kərim Həsənzadə deyib.
O qeyd edib ki, son iki həftədə "Cənubi Pars" layihəsinin 6, 7 və 8-ci fazalarında sutkalıq qaz istehsalı 104 milyon kubmetrə çatıb.
Həsənzadənin sözlərinə görə, hazırda "Cənubi Pars" layihəsinin 6 və 7-ci fazalarında sutkada 57 milyon qaz istehsal edilir.
O deyib ki, "Cənubi Pars" layihəsinin dəniz fazasına qoyulan investisiyalar 1 milyard 500 milyon dollar təşkil edir. "Cənubi Pars" layihəsinin 6, 7 və 8-ci dəniz fazalarının inkişafı üçün əlavə investisiya tələb olunur. Bundan əlavə, 430 milyon dollar ayırmaq da təklif edilib. Əgər əlavə vəsait qoyulmasa, layihənin inkişafı problemlə üzləşəcək", - Həsənzadə deyib.