...

Mingəçevir SES kaskadında elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 23 Sentyabr 2009 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend /

Proqnozlaşdırılan 385 milyon kilovat-saat elektrik enerjisinin əksinə olaraq, yanvar-avqust aylarında Mingəçevir SES kaskadı 436,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib,. Bu barədə "Azərenerji" SC-nin çərçənbə günü yaydığı məlumatda deyilir.

Avqustda kaskadda 60,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılan göstəricidən 10,4 milyon kilovat-saat çoxdur.

Mingəçevir SES kaskadı respublikanın elektrik enerjisi sistemində mühüm əhəmiyyətə malikdir. Kaskad əsas enerji obyektidir və onun Qafqazda analoqu yoxdur. Stansiyanın istehsal gücü 400 meqavatdan artıqdır.

Kaskadın tərkibinə Mingəçevir SES və Varvara SES daxildir.

Xəbər lenti

Xəbər lenti