...

Ukraynada ARDNŞ nümayəndəliyinin rəsmi açılışı olacaq

Energetika Materials 7 Oktyabr 2009 15:51 (UTC +04:00)

Ukrayna, Kiyev, 07 oktyabr / Trend , müxbir Z.Novosvitski/

Azərbayvanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bazar ertəsi (12 oktyabr) bu ölkədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyinin rəsmi açılışı olacaq.

Məlumatda deyilir ki, ARDNŞ nümayəndəliyinin açılmasında əsas məqsəd Ukrayna bazarının öyrənilməsidir.

Məlumata əsasən, mərasimdə iştirak etmək üçün Azərbaycandan ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Açılış mərasiminə Ukraynanın rəsmi nümayəndələri dəvət olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti