...

Türkiyənin Botas şirkətinin rəhbəri vəzifəsindən azad edilib

Energetika Materials 14 Oktyabr 2009 15:16 (UTC +04:00)
Türkiyə mətbuatının yazdığına görə, ölkə hökuməti Botas dövlət boru-kəməri şirkətinin rəhəbri Səltuk Düzyolu vəzifəsindən azad edib. Onun işdən azad edilmə səbəbləri açıqlanmır.
Türkiyənin Botas şirkətinin rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir E.İsmayılov/

Türkiyə mətbuatının yazdığına görə, ölkə hökuməti Botas dövlət boru-kəməri şirkətinin rəhəbri Səltuk Düzyolu vəzifəsindən azad edib. Onun işdən azad edilmə səbəbləri açıqlanmır.

Çərşənbə günü Botas şirkətinin mətbuat xidmətindən Trend -a hökumət tərəfindən Düzyolun adı çəkilən şirkətin rəhbərliyindən azad edilməsi faktını təsdiqləyiblər. Mətbuat xidmətindən informasiyanın olmamasına əsaslanaraq azad edilmənin səbəbləri açıqlanmayıb. Düzyolu əvəz edəcək namizəd barədə də məlumat verilməyib.

Düzyol 2007-ci ildən Botas şirkətinə rəhbərlik edir.

Botas əsasən dəyəri 7.9 milyon avro olan "Nabukko" qaz layihəsinin iştirakçısıdır. Şirkət həmçinin "Mavi axın" qaz layihəsində də iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti