...

Azərbaycan Gürcüstan ilə elektrikötürücü xətlərin gücünü artırır

Energetika Materials 20 Oktyabr 2009 14:23 (UTC +04:00)
2010-2011-ci illərdə Azərbaycan və Gürcüstan arasında 500 KV-lıq elektrikötürücü xətlərin yenidən qurulması başa çatacaq, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin başçısı Etibar Priverdiyev bildirib.
Azərbaycan Gürcüstan ilə elektrikötürücü xətlərin gücünü artırır

Bakı, Azərbaycan, 20 oktyabr / Trend , müxbir E.İsmayılov/

2010-2011-ci illərdə Azərbaycan və Gürcüstan arasında 500 KV-lıq elektrikötürücü xətlərin yenidən qurulması başa çatacaq, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin başçısı Etibar Priverdiyev bildirib.

"Hazırda iki ölkə arasında 330 KV-lıq elektrikötürücü bir xətt var, sözügedən xətt ixrac-idxal əməliyyatlarını təmin edə bilmir", - Pirverdiyev bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan ərazisində bir sıra layihələr həyata keçirilməlidir, bundan sonra Azərbaycanda istehsal olunan elektrik enerjisinin Türkiyəyə ixracı üçün imkan yaranacaq.

"Azərenerji" SC-nin başçısının sözlərinə əsasən, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi prosesi layihələndirmə mərhələsindədir.

"Üç dövlət arasında vahid enerji sisteminin yaradılması məsələsi texniki cəhətdən çətindir. İran ilə sistemin yaradılması çətin məsələ deyil. Lakin üç ölkənin vahid sistemi məsələsi çətindir", - o bildirib. Rusiyada - Dağıstan ərazisində elektrikötürücü xətlər sistemi zəif inkişaf edib, yalnız 330 KV-lıq bir elektrikötürücü xətt var.

Hazırda Rusiya və Azərbaycan arasında enerji mübadiləsi davam edir.

"Müsbət saldo Azərbaycan tərəfindədir", - Azərenerji SC-nin başçısı bildirib.

Onun sözlərinə əsasən, yaxın zamanda Azərbaycan və İran arasında elektrikötürücü xətlərin inşası üzrə işlər başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti