...

Azərbaycanın hidroenerji xəritəsi hazırlanır

Energetika Materials 20 Oktyabr 2009 14:07 (UTC +04:00)

Bakı, Azərbaycan, 20 oktyabr / Trend , müxbir E.İsmayılov/

"Azərenerji" SC yaxın zamanda Azərbaycanın hidroenerji xəritəsinin hazırlanmasını başa çatdıracaq, bu barədə çərşənbə axşamı SC-nin başçısı Etibar Pirverdiyev bildirib.

Xəritəyə gücü 0,1-0,2 və 50 MVt arasında dəyişən təxminən 100 kiçik SES-lərin inşası daxil ola bilər.

"Azərbaycanın kiçik çaylarının proqnozlaşdırılan enerji potensialı 500-600 Mvt həcmində qiymətləndirilir", - Pirverdiyev bildirib.

Onun sözlərinə əsasən, bu işlər ölkədə alternativ enerji mənblərinin inkişafını nəzərdə tutur. Külək enerjisinin inkişafına toxunan "Azərenerji" SC-nin başçısı bildirib ki, Abşeron yarımadası, o cümlədən Yaşma, Sanqaçal, Qobustan istiqamətləri bu alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir.

"Bütün ərazilər nəzərdən keçirilir, lakin məhz Abşeron yarımadası daha səmərəli hesab olunur", - Pirverdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti