...

Azərbaycan şəxsi qaz tədarükünün müxtəlif üsullarını nəzərdən keçirir - ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev

Energetika Materials 14 Noyabr 2009 12:25 (UTC +04:00)
Azərbaycan Avropa bazarına yanacaq tədarükünün diversifikasiyası çərçivəsində şəxsi qaz tədarükünün müxtəlif üsullarını nəzərdən keçirir. Bu barədə şənbə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
Azərbaycan şəxsi qaz tədarükünün müxtəlif üsullarını nəzərdən keçirir - ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir S.Əliyev/

Azərbaycan Avropa bazarına yanacaq tədarükünün diversifikasiyası çərçivəsində şəxsi qaz tədarükünün müxtəlif üsullarını nəzərdən keçirir. Bu barədə şənbə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Əgər marşrutlardan biri Türkiyə ərazisindən keçərsə, diversifikasiya çərçivəsində digər variantlar - Kulevidəki sıxılmış qaz terminalı üçün istehsal obyektlərinin inşasının mümkünlüyü, onun Bolqarıstan və Rumıniyaya qədər nəql edilməsi və Avropaya paylanması nəzədən keçirilir ", - ARDNŞ-in rəhbəri deyib.

Cümə günü Bolqarıstanda, Bolqarıstanın Bulqartransqaz şirkəti və ARDNŞ arasında təbii qazın nəqli sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənədi Bulqartransqaz şirkətinin icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov imzalayıb.

Xəbər lenti

Xəbər lenti