...

Azərbaycanın əsas ixrac marşrutları ilə karbohidrogen nəqli artıb

Energetika Materials 17 Noyabr 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend /

Yanvar-oktyabr aylarında "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə 2008-ci ilin analoji dövründəki 28 milyon tona nisbətdə 32,1 milyon ton neft nəql olunub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu dövr ərzində BTC vasitəsilə "Tengiz" yatağından 1,5 milyon ton Qazaxıstan nefti nəql olunub. Bu göstərici yanvar-sentyabr aylarında 1,3 milyon ton təşkil edib. BTC ilə Tengiz neftinin nəqlinə ötən ilin oktyabrında başlanılıb. 2008-ci ildə BTC ilə 285,1 min ton Qazaxıstan nefti nəql edilib.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Yanvar-oktyabrda Cənub Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə ötən ildəki 3,9 milyard kubmetrə nisbətdə 4,3 milyard kubmetr qaz nəql olunub.

"Bakı-Tbilisi-Ərzurum" boru kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Ötürülmənin gücü ildə 20 milyard kubmetrdən çox təşkil edir. Bu qaz kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında hasil edilən qaz nəql olunur. Qaz Gürcüstan və Türkiyəyə tədarük olunur. Qaz alıcısı qismində həmçinin Azərbaycan da çıxış edir.

Xəbər lenti

Xəbər lenti