...

ARDNŞ Avropanın istehsalçılarla bağlı olmayan NEZ-lərində iştirakın imkanlarını nəzərdən keçirir

Energetika Materials 21 Noyabr 2009 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbirlər E.İsmayılov, İ.İsmayılova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) gəlirlərin stabilliyi və artımı üçün Avropa bazarlarında Neft Emalı zavodlarının (NEZ) əldə edilməsinə dair müxtəlif variantları nəzərdən keçirir. Bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

ARDNŞ hansısa Avropa ölkəsindən NEZ-in əldə edilməsi imkanlarını nəzərdən keçirir, çünki Azeri Light markalı neftin təxminən 50 faizi Avropa bazarlarında reallaşdırılır.

"ARDNŞ-nin Avropa NEZ-lərində iştirak etməsi barədə təklif istehsalçılarla bağlı olmayan zavodların təklifidir", - Abdullayev deyib.

Daha sərfəli variantın seçilməsindən sonra əməkdaşlıq ediləcək. Bu həm tam nailiyyət, həm də müəssisələrdə iştirakın bir hissəsi, yaxud həmin istehsal obyektlərinin istifadəsi üzrə müqavilə ola bilər.

Əvvəllər KİV-lərdə ARDNŞ-nin Avropa NEZ-lərində hissə əldə etməsi barədə məlumat yayılmışdı. Lakin ARDNŞ rəhbərinin dediyi kimi, vacib deyil ki, bu, İtaliyanın neft emalı zavodu olsun.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti