...

ARDNŞ-in "Neft Daşları" yatağına düşmüş əməkdaşının axtarış işləri davam etdirilir

Energetika Materials 15 Dekabr 2009 14:17 (UTC +04:00)
ARDNŞ-in dünən "Neft Daşları" yatağına düşmüş əməkdaşının axtarış işləri davam etdirilir. Bu barədə çərşənbə axşamı ARDNŞ-in balansında yerləşən "Neft Daşları" neft-qaz çıxarma idarəsinin mənbəsi deyib.
ARDNŞ-in "Neft Daşları" yatağına düşmüş əməkdaşının axtarış işləri davam etdirilir

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir E.İsmaylov/

ARDNŞ-in dünən "Neft Daşları" yatağına düşmüş əməkdaşının axtarış işləri davam etdirilir. Bu barədə çərşənbə axşamı ARDNŞ-in balansında yerləşən "Neft Daşları" neft-qaz çıxarma idarəsinin mənbəsi deyib.

Operator vəzifəsində çalışan Şıxəddin Ağayev dünən səhər "Neft Daşları" yatağında yerləşən platrormalardan birinə düşüb. Platformaya gələn işçilər yalnız gəmilərlə işləyiblər, vertolyotların enməsi üçün platforma yoxdur.

"Onun suya düşməsi haqda dəqiq demək çətindir, çünki hadisə zamanı onun yanında heç kəs olmayıb", - mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda dənizdə axtarış işləri aparılır. AZAL QSC vertolyotu hadisə yerində işləyir və dənizdə axtarış işləri gəmilər vasitəsilə aparılır. "Hələlik o, nə dənizdə, nə də sahələrdə tapılıb. Hazırda axtarış davam etdirilir", - mənbə deyib.

ARDNŞ-dan deyildiyi kimi, hadisəni araşdırmaq üçün komissiya yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti