...

"Ukrtatnafta" Azərbaycan neftinin alış həcmini artıracaq

Energetika Materials 12 Yanvar 2010 16:57 (UTC +04:00)

Bakı, Azərbaycan, 12 yanvar / Trend , müxbir E.İsmayılov/

"Ukrtatnafta" SC 2010-cu ildə Kremençuq neft emalı zavodunda gələcək emal üçün 2009-cu ildə əldə etdiyi 600 min tona nisbətən 3 milyon ton xəzər nefti əldə etmək niyyətindədir. Çərşənbə axşamı şirkətdən telefonla Trend -a məlumat verilib.

Şirkətdən idarə heyətinin sədrinə istinadən deyilib ki, 2010-cu ildə şirkətin sərəncamında 5-6 milyon ton neft olacaq ki, bunun da 3 milyon tonu Azərbaycan neftinin, 2,5-3 milyon tonu isə Ukrayna neftinin payına düşəcək.

ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi bir müddət əvvəl bildirib ki, "Azərbaycan qazının Ukraynadakı Kremençuq NEZ-na tədarükü kommersiya əsaslarıyla həyata keçirilir. Şirkət bu müəssisə ilə uzunmüddətli müqaviləyə sahib deyil. Zavoda neft tədarükü müəssisə tərəfindən neftin adi alışı sxemi üzrə həyata keçirilir".

Müəssisə əvvələr Qara və Aralıq dənizləri limanlarında alınan yüngül Azərbaycan neftini əldə edib. Azərbaycan neftinin Kremençuq NEZ-na tədarükünə 2009-cu ilin ikinci yarısında başlanıb.

Xəbər lenti

Xəbər lenti