...

Batumi konfransının iştirakçıları forumun iştirakçı ölkələrinin ərazi bütövlüyünü təsdiq edib - Gürcüstan XİN

Energetika Materials 14 Yanvar 2010 21:16 (UTC +04:00)
Batumidə keçirilən enerji konfransı başa çatıb. Konfransda Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumınya, Litva, Ukrayna, Türkiyə, Qazaxıstan, Türkmənistan, Belarusiya və Aİ-nın yüksək vəzifəli rəsmi nümayəndələri iştirak ediblər.
Batumi konfransının iştirakçıları forumun iştirakçı ölkələrinin ərazi bütövlüyünü təsdiq edib - Gürcüstan XİN

Gürcüstan, Tbilis, 14 yanvar/ Trend , müxbir N.Kirsxaliya/

"Batumidə keçirilən konfransın əsas məqsədi regionun təhlükəsizliyinin, stabiliyinin və rifahının təmin edilməsi zəmanəti kimi "Cənub Dəhlizi"-nin təşəbbüslərinin inkişaf etidrməkdir", - bu barədə XİN-nin məlumatında deyilir.

"Konfrans Cənub dəhlizi üzrə Praqa sammitinin bəyannaməsinin əsas prinsiplərinə əsaslanıb", -məlunatda deyilir.

Konfransda Gürcüstanın nümayəndə heyətinə Baş nazir Nika Qilauri başçılıq edib. O regionun enerji təhlükəsizliyini təmin edilməsin məqsədilə enerji resuslarının tadarükü marşrutlarının diversifikasilaşdırmasının vacibliyini vurğulayıb. Bununla əlaqədar olaraq nazir alternativ nəqliyyat dəhlizlərinin vacibliyinə diqqət yetirib.

XİN məluat verir ki, konfrans çərçivəsində Nika Qilaurinin Azərbaycan, Bolqarıstan və Rumıniyadan olan nümayəndələrlə ikitərəli görüşləri keçirilib. Görüşlər zamanı Gürcüstan ərazisi üzərindən qaz tədarükü məsələsinə baxılıb və bu planda maye və sıxılmış qaz xüsusi olaraq vurğulanıb.

Tədbir iştirakçıları birgə bəyannamə də qəbul ediblər. Onlar bəyannamədə enerji təhlükəsizliyinin - fasiləsiz və təhlükəsiz tranzitin təmin edilməsinin əsas prinsipləri üzrə mövqelərini bir daha dəqiq şəkildə qeyd ediblər.

"Birgə bəyannamədə tərəflər həmçinin konfransın iştirakçı ölkələrinin ərazi bütövlüyünü suverenliyini və müstəqilliyini regionun dayanıqlılığı, stabilliyi və ərazi bütövlüyünü enerji təhlükısizliyinin zəruri şərtləri kimi qeyd ediblər", - Gürcüstan XİN-nin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti