...

Sumqayıtda dekabrda təxminən 15 milyon kilovat-saat elektrik enerjisi istifadə edilib

Energetika Materials 15 Yanvar 2010 12:42 (UTC +04:00)
Ötən ilin dekabr ayında Sumqayıt şəhərində (əhalinin güzəştsiz hissəsi) ümumi dəyəri 889,1 min manat olan təxminən 15 milyon kilovat-saat elektrik enerjisi istifadə olunub.

Azərbaycan, Bakı, 15 yanvar / Trend /

Ötən ilin dekabr ayında Sumqayıt şəhərində (əhalinin güzəştsiz hissəsi) ümumi dəyəri 889,1 min manat olan təxminən 15 milyon kilovat-saat elektrik enerjisi istifadə olunub. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.

Elektrik enerjisinin istifadəsinə görə 823 min manatdan çox ödəniş edilib ki, bu da istifadə olunmuş elektrik enerjisinin 92,58 faizini təşkil edir.

Ümumilikdə, Sumqayıtda güzəştsiz kateqoriyaya aid olan 78 538 abunəçi var. Şəhərdə quraşdırılmış sayğacların ümumi sayı 74 728 ədəd təşkil edir.

Həmçinin ötən ilin dekabr ayında Sumqayıt əhalisinin güzəştsiz hissəsi ümumi dəyəri 572,6 min manat olan təxminən 5,7 milyon kubmetr qaz istifadə edib. Dekabr ayında ödəmələr 99,6 faiz təşkil edib. Abunəçilərin güzəştsiz hissəsi 64 256 abunəçi təşkil edir və 46 740 abunəçi ödəmələrdə iştirak edib. Ümumilikdə, Sumqayıt şəhərində 60 306 qaz sayğacı quraşdırılıb ki, bunun da 2 541 ədədi smart-kart tiplidir.

Xəbər lenti

Xəbər lenti