...

Azərbaycan yanvar ayında neft məhsullarının əsas növləri üzrə istehsalı artırıb

Energetika Materials 8 Fevral 2010 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend /

Yanvar ayında Azərbaycanda 401,48 milyon ton neft məhsulları istehsal edilib. 2009-cu ilin yanvar ayında bu göstərici 453,23 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Yanvar ayında istehsalın ən böyük həcmi dizel yanacağının payına düşüb - 217,44 min ton. Ötən ilin yanvarında bu göstərici 191,51 min ton təşkil edib.

Yanvarda məcmu gücü ildə 20 milyon ton təşkil edən neft emalı zavodlarında 563,25 min ton neft emal olunub. Ötən ilin analoji dövründə bu göstərici 580,75 min ton təşkil edib. ARDNŞ quru və dəniz yataqlarından öz vəsaitləri hesabına hasil etdiyi nefti NEZ-lərə tədarük edir.

Azərbaycanda 2010-cu ilin yanvar ayında neft məhsulları istehsalı (min ton)

Neft məhsulları

Yanvar 2010

Yanvar 2009

Benzin (cəmi)

127,08

126,23

Avtomobil benzini

104,22

106,75

Nafta (birbaşa qovulmuş benzin)

22,86

19,48

Kerosin KO - 20

0

3,06

Dizel yanacağı

217,44

191,51

Soba yanacağı

0

0,04

Soba mazutu

11,6

92,06

Neft bitumu

9,41

13,2

Neft koksu

11,74

0,14

Sürtgü yağı

2,08

1,64

Maye qaz

17,69

11,08

Mühərrik yanacağı DT

4,44

14,27

Cəmi

401,48

453,23

Xəbər lenti

Xəbər lenti