...

"Bakıelektrikşəbəkə" SC gücləndirilmiş rejimdə işini davam etdirir

Energetika Materials 10 Fevral 2010 13:18 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” SC (Bakıda elektrik enerjisinin paylanması ilə məşğuldur) gücləndirilmiş rejimdə işini davam etdirir. Bu barədə SC-in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev çərşənbə günü bildirib.
"Bakıelektrikşəbəkə" SC gücləndirilmiş rejimdə işini davam etdirir

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin paylanması ilə məşğuldur) gücləndirilmiş rejimdə işini davam etdirir. Bu barədə SC-in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev çərşənbə günü bildirib.

"İndi artıq elektrik enerjisinin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur, ancaq biz yenə gücləndirilmiş rejimdə işləri davam etdiririk", - Mustafayev bildirib.

Onun sözlərinə əsasən, hazırda şəhərin enerji təminatında problem yoxdur və SC enerji təminatında baş verən nasazlıqları (şəxsi evlər, ayrıca bloklar və mənzillərdə) abonentlərin ərizələri üzrə həll edir.

Çərşənbə axşamı Bakı şəhərini elektrik enerjisi ilə təmin edən yüksək voltlu elektrik ötürücülü xətlərin birində baş verən nasazlıq nəticəsində bir neçə saat ərzində paytaxt əhalisi işıqsız qalıb. Enerji təminatı ilə bağlı problem nəticəsində həmçinin Bakı Metropoliteninin işi dayandırılıb, bu zaman metroda olan sərnişinlər təxliyə olunub. Elektrik enerjisi ilə bağlı problem, həmçinin Bakı küçələrində işıqforların işinin dayanmasına və avtomobillərin hərəkətinə təsir edib.

Xəbər lenti

Xəbər lenti