...

Azərbaycan 2009-cu ildə 140 min tondan çox metal boru idxal edib

Energetika Materials 17 Fevral 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend /

Azərbaycan 2009-cu ildə quru və dəniz yataqlarında əməliyyatların aparılması üçün 141,1 min ton müxtəlif metal borular idxal edib ki, bu da 2008-ci ildəki göstəricidən 32,9 faiz azdır.

Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına əsasən, göstərilən dövrdə təxminən 243 milyon dollar məbləğində boru idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 14,6 faiz azdır.

Quru və dəniz yataqlarında əməliyyatları ARDNŞ həyata keçirir. Şirkət Azərbaycanın neft-qaz yataqlarında həm müstəqil şəkildə, həm də xarici şirkətlərlə, xüsusilə də "Azəri-Çıraq-Günəşli""Şahdəniz" yataqlarının işlənməsi çərçivəsində birgə işlər aparır.

Azərbaycanda 59 neft-qaz yatağı mövcuddur ki, bunlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti