...

EIA Xəzər regionu ölkələrində ötən il neft hasilatının artımını təsdiq edir

Energetika Materials 11 Mart 2010 16:56 (UTC +04:00)
2009-cu ilin yanvar-fevral aylarında Xəzər regionunda orta sutkalıq neft hasilatı 15,993 milyon barel təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə sutkada 0,371 milyon barel çoxdur.

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Bədəlova/

2009-cu ilin yanvar-fevral aylarında Xəzər regionunda orta sutkalıq neft hasilatı 15,993 milyon barel təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə sutkada 0,371 milyon barel çoxdur. Məlumatı ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsi (EIA) verir.

EIA-nın dünya nefti üzrə aylıq məruzəsinə əsasən, dekabrda Xəzər ölkələrinin orta sutkalıq neft hasilatı 16,172 milyon barel təşkil edib. 2008-ci ilin dekabrında bu göstərici 15,684 milyon barel olub.

EIA-nın məlumatına görə, 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycanda orta sutkalıq neft hasilatı 1,006 milyon barel, İranda 4,037 milyon barel, Qazaxıstanda 1,455 milyon barel, Rusiyada isə 9,495 milyon barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti